» » “Maşın” şounun yubiley buraxılışının efirə çıxacağı vaxt məlum oldu


“Maşın” şounun yubiley buraxılışının efirə çıxacağı vaxt məlum oldu

Bölmə: Şou
“Maşın” şounun  yubiley buraxılışının efirə çıxacağı vaxt məlum oldu
1 oktyabr tarixindən “Maşın” şounun 15-ci, yubiley buraxılışı yayıma çıxacaq.

Xalqinfo.az xəbər verir ki, bu məlumatı baku.ws-ə “M Group Production”ın baş prodüseri Toğrul Məmmədov təsdiqləyib.

“Bu realiti şou Azərbaycan teleməkanında nəinki ən uzunömürlü, həm də ən reytinqli yarışmadır. Azərbaycan tamaşaçısı yerli kanallarımıza baxmır. “Maşın şou” isə Azərbaycan tamaşaçısını Türkiyə və Rusiya kanallarından ayırıb, yerli kanallara baxmağa cəlb edir. “Maşın” şou yeganə milli layihədir ki, yaxın vaxtlarda digər ölkələrin telekanallarında da yayımlanacaq”, - deyə o bildirib.

Layihənin təşkilatçıları əmin edir ki, “Maşın şou”nun məzmunu həmişə olduğu kimi, əvvəlkilərdən fərqli olacaq. Artıq çəkiliş meydançasında möhtəşəm işlərə start verilib. Budəfəki layihədə 18 yerli ən məşhur şou-biznes nümayəndələri, idmançılar, aktyorlar və teleaparıcılar avtomobil uğrunda mübarizə aparacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler