» » Çiçək efirdən getdi

Çiçək efirdən getdi

Bölmə: Şou
Çiçək efirdən getdi
Tanınmış teleaparıcı Çiçək (Şəhla Vakkas) Xəzər TV-dən ayrılmağı barədə xəbər yayılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iddia olunur ki, o, yeni sezonda sözügedən kanalın efirində olmayacaq.

Teleaparıcı həmçinin televiziyanın mövsüm çəkilişlərində iştirak etməyib.

“Qafqazinfo” mövzu ilə bağlı “Xəzər”in musiqi departamentinin rəhbəri Kənan Bayramov əlaqə saxlayıb. Kanal rəsmisi məlumatı təkzib edib:

“Şəhla xanım hələ də Xəzər TV-nin əməkdaşıdır və Araz FM-in rəhbəridir. Sadəcə olaraq aparıcılıq etdiyi proqramlar bağlanıb”.

Çiçək efirdən getdi

Ş. Vakkas isə saytımıza açıqlamasında efirin radiodakı vəzifəsinə təsir etdiyini söyləyib:

“Radionun hazırda rəhbəri olaraq qalıram. Amma kanalda yayımlanan iki verilişin bağlanmağı sual altındadır. Bu mənim radiodakı işimlə bağlıdır, çatdıra bilmirəm. Beynimdə düşünürəm ki, davam edə biləcəm, ya yox.

Proqramlar radiodakı rəhbər vəzifəmə təsir edir. İki verilişdən birini, ən azından “Şans mələyi”ni davam etmək istəyirəm. Çünki, bu layihənin savabı çoxdur, insanlara yardım göstəririk”.

Çiçək efirdən getdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler