» » “Pul gəlmiş, papaq getmiş” -


“Pul gəlmiş, papaq getmiş” - Aparıcı saxta dostlarını ifşa etdi

Bölmə: Şou
“Pul gəlmiş, papaq getmiş” -
Tanınmış aparıcı Günay Firudinqızı dostlarının saxta olmağından şikayətlənib.

Xalqinfo.az xəbər verir ki, aparıcı bu barədə fikirlərini instaqram hesabında dilə gətirib:

“Siz elə bilirsiniz ki, səhnədəkilər aktrisadır? Bəzi insanların yanında qətiyyən. Bəzən elə hadisələrin şahidi olursan ki, qəhrəmana baxıb "əhsən" deyirsən. “Sənin yerin səhnəlik imiş” demək keçir könlündən. Susursan, yaşından utanırsan, “ayıbdır” deyib, özünü boğursan. Qarşındakı isə səni tamaşaçı bilib rolunu daha da məharətlə canlandırır. Kimlərəsə xoş görünmək üçün başqasını baltalayırlar. Guya, səninlə arası yoxmuş kimi şou sərgiləyirlər. Onda da təəccüblənirsən: Allahım, uzun illərdir burnumdan girib ağzımdan çıxan bu deyildimi? İndi nə oldu? Demək ki, cibi dolub, mənəviyyatı boşalıb. Pul gəlmiş, papaq getmiş. Paxıllıq gəlmiş, sevgi itmiş... Eləsini görəndə onu sakitcə "qara siyahıya" atmaq lazımdır. Həyatında izi-tozu da qalmasın”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler