» » Gənc aktrisanın ürəyi dayandı

Gənc aktrisanın ürəyi dayandı

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Gənc aktrisanın ürəyi dayandı
Gənc aktrisa Mila Əminə süni nəfəs aparatından ayrılıb.

Xalqinfo” xəbər verir ki, bu barədə primetime.az-a İstanbulda olan müğənni Rəqsanə İsmayılova məlumat verib. O bildirib ki, hazırda Mila Əminənin yatdığı klinikadadır: "Milanın ürəyi aparatda ola-ola dayanıb. Həkimlər orqanlarını çatdırıb götürə bilmədilər. Təzyiqi də çox düşmüşdü".

Müğənni aktrisanın sabah dəfn olunacağını deyib: "Bu gün xəstəxanadan nəşini çıxarırlar. Sabah dəfn olunacaq. Çox pisəm. Anasını elə çarəsiz gördüm, çox pis oldum. Anası Milanı tək başına, atasız böyüdüb. Deyir, qəbiristanlıqda yatacam. Qızımdan sonra yaşaya bilmərəm".

Xatırladaq ki, bu gün səhər saatlarında anası Milanın orqanlarını ehtiyacı olan xəstələrə bağışlayacağını açıqlamışdı. Lakin son anda vəziyyət dəyişib, Milanın orqanlarını götürmək mümkün olmayıb. Çünki onun ürəyi aparatdan ayrılmadan öncə dayanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler