» » Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq

Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq

Bölmə: Şou
Daniel Kreyq daha iki filmdə “Agent-007”ni canlandıracaq
Bondiadanın prodüseri Barbara Brokkoli britaniyalı aktyor Daniel Kreyqlə “Agent-007” rolunu nəinki bir, hətta iki filmdə oynamaq barədə razılığa gəlib.

Xalqinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.

Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər.

Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu ilin noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.
Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.

Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə “Kazino “Royal” filmində canlandırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler