» » “Molla yanına gedir ki, onun-bunun kişisini ələ alsın”

“Molla yanına gedir ki, onun-bunun kişisini ələ alsın”

Bölmə: Şou
“Molla yanına gedir ki, onun-bunun kişisini ələ alsın”
Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib.

Xalqinfo” xəbər verir ki, Yenicag.az-a açıqlama verən sənətçi paxıllığını çəkən həmkarlarına səslənib: "Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız. Molla yanına gedir ki, onun-bunun ailəsini dağıtsın, kişisini ələ alsın. A balam, xalqa sənət, səs lazımdır. Nə qalmısınız mollalarda? Nə var, nə xəbərdir? Mənim sizinlə işim yoxdur, heç birinizlə maraqlanmıram, siz məndən nə istəyirsiniz axı? Min dənə adam telefon edir ki, filan müğənni şəklin əlində yanıma gəlmişdi. Deyirəm, ay molla, ay cadugər, elə bir dərman bilirsinizsə, öz başınıza sürtün. İkincisinə də qalanda, o adamlara Allah rəhmət eləsin. Onlar mənim üçün diriykən ölülərdir. Allahın işinə əl aparmaq olar?"

Müğənni onlardan qorunmaq üçün Allaha sığındığını deyib:

"Mən o cadu-tilsimlərdən qorunmaq üçün gecə-gündüz Allahla danışıram, pirlərə gedirəm. Məni axtarsan, pirlərdə tapmaq olar, mollaların yanında yox. Allah onlara min lənət eləsin. Fikir vermişəm, hamısı cinə-şeytana oxşayır. Etdikləri pis əməllərə görə yaşlandıqca özləri də cin kimi görünürlər. Efirə çıxanda adam qorxur, deyirsən "bismillah" bu cin-şeytan haradan peyda oldu görəsən?"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler