» » Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib

Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib
Bu gün həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.

Aktyorun bacısı Vəfa Xanlarova primetime.az saytına zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir:

"Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Qeyd edək ki, primetime.az bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışıb. Lakin o sualı eşitdikdən sonra telefonun dəstəyini asıb.

***

10.22

"Maşın şou"nun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.

"Xalqinfo" primetime.az-a istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı vəfat edib.

S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: "Çox pisəm. İki övladım anasız qaldı".

Allah rəhmət eləsin!

Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib
Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib
Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib
Həyat yoldaşını yalandan öldürdü - Reklam üçün + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler