» » Türkiyə “Eurovision”la bağlı qərarını dəyişdi

Türkiyə “Eurovision”la bağlı qərarını dəyişdi

Bölmə: Şou, BLOK XƏBƏR
Türkiyə “Eurovision”la bağlı qərarını dəyişdi
Sonuncu dəfə 2012-ci ildə “Eurovision mahnı müsabiqəsinə qatılan Türkiyə yenidən Avropa səhnəsinə qayıtmaq qərarı alıb.

Xalqinfo” NTV-yə istinadən xəbər verir ki, 2018-ci ildə Türkiyənin “Manqa” qrupu ilə müsabiqədə təmsil olunacağı iddia edilir.

Bu qrup 2010-cu ildə də yarışmada iştirak etmiş və “We could be the same” mahnısı ilə 2-ci olmuşdu.

Qrup Tvitterdə ““Eurovision? Yenə, yenidən…” ifadələrini yazaraq Türkiyənin iştirakını təsdiqləyiblər. Lakin, TRT tərəfindən hələlik rəsmi məlumat açıqlanmayıb.

Başqa sənətçilərlə də görüşmələrin aparıldığı və yaxın günlərdə son qərarın açıqlanacağı bildirilir.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 2018-ci ildə paytaxtı Lissabonda keçiriləcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler