» » Mustafa Ceceli Şəmkirə toya gəlir -

Mustafa Ceceli Şəmkirə toya gəlir - 30 minə

Bölmə: Şou
Mustafa Ceceli Şəmkirə toya gəlir -
Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli yenidən Azərbaycanda qonaq olacaq.

Xalqinfo” Primetime.az-a istinadən xəbər verir ki, bu yaxınlarda ikinci dəfə ailə qurması ilə gündəmə gələn sənətçinin ölkəmizə gəlmə səbəbi toylardan birində iştirak etməsidir. Belə ki, M.Ceceli paytaxtda yerləşən ticarət mərkəzi "Metropark"ın sahibinin qardaşı qızının 30 iyul tarixində Şəmkirdə baş tutacaq toyunda çıxış edəcək.

Əldə etdiyimiz məlumata görə, Ceceli Şəmkirə orkestri ilə birgə gəlir. Onun toydakı çıxışının qiyməti təxminən 30 min avrodur. Şəmkirin Şiştəpə kəndində keçiriləcək toyun idarə olunması müğənni Nuri Sərinləndiriciyə həvalə olunub.

N.Sərinləndirici isə sözügedən toydan 18 min dollar qazanacaq.

Qeyd edək ki, ölkədə keçirilən dəbdəbəli və ən bahalı toyların məkanı məhz Şəmkirin Şiştəpə kəndidir. Belə ki, bu günlərdə orada Rusiyada fəaliyyət göstərən iş adamının oğlunun 4 gün, 4 gecə toy mərasimi keçirilib.

Murad Arif və Vəfa Zeynalovanın aparıcısı olduğu məclisdə Türkiyənin məşhur sənətçisi Kibariye çıxış edib. O, bu toydan 15 min dollar qonorar əldə edib.

Mustafa Ceceli Şəmkirə toya gəlir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler