» » Gənc qız azərbaycanlı müğənnini dodağından öpdü - Video

Gənc qız azərbaycanlı müğənnini dodağından öpdü - Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Gənc qız azərbaycanlı müğənnini dodağından öpdü - Video
Müğənni Elvin Babazadə gecə klubunda qeyri-adi jestlə üz-üzə qalıb.

Xalqinfo.az xəbər verir ki, paytaxtdakı klublardan birində çıxış edən müğənni tamaşaçıların içində yer alan bir xanımın cəsarətli hərəkəti ilə qarşılaşıb. Müğənni səhnədə olarkən ona yaxınlaşan xanım əvvəlcə müğənnini qucaqlayıb. Daha sonra isə onu dodağından öpərək, hamının təəccübünə səbəb olub.

Bu hadisəni ətrafdakılar telefonla çəkərək, paylaşıblar. Müğənni özü də sözügedən videonu İnstagram hesabında paylaşaraq, yazıb:

“İncəsənət universitetində müəllimim deyərdi ki, "Səhnədə hər an hər şeyə hazır olmalısan!" Amma düzünü desəm bu gün buna hazır deyildim”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler