» » Müğənninin bəyi sabah həbsdən çıxır:

Müğənninin bəyi sabah həbsdən çıxır: “Darıxmışam...”

Bölmə: Şou
Müğənninin bəyi sabah həbsdən çıxır:
Müğənni Zenfira İbrahimovanın bu yaxınlarda həbs edilmiş idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq.

Xalqinfo.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

O, həyat yoldaşı ilə fotolarını instaqram səhifəsinə yerləşdirərək, bu sözləri yazıb: “Son bir gün qaldı, inşallah... Çox darıxmışam. Həqiqətən sənsiz həyatın mənası yoxdur mənim üçün”.

Qeyd edək ki, Anar Heydərov iyunun 25-də öz motosikleti ilə Zaqulba prospektindən üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq, baykeri dayandıra biliblər. Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb.

Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler