» » Elza Seyidcahan: Mənim şeirlərimin mənası dərindir

Elza Seyidcahan: Mənim şeirlərimin mənası dərindir

Bölmə: Şou
Elza Seyidcahan: Mənim şeirlərimin mənası dərindir
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın son şeiri də müzakirələrə səbəb olub. İfaçı həmişə olduğu kimi, “Əldən getdi” adlanan şeiri ilə də qınaq obyektinə çevrilib.

Elza xanım Oxu.Az-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə ona ünvanlanan mənfi şərhləri normal qəbul edir.

O, şeirlərinin hər kəsin anlamaq iqtidarında olmayacağı qədər dərin məna kəsb etdiyini bildirdi: “Mənim şeirlərimin mənası dərindir. Dayaz insanlar o misraları öz düşüncələrinə uyğun başa düşür. Bu, onların öz işidir. Həmişə belə olub, kimdə nə yoxdursa, ondan danışır. Mənim nə düşündüyümü özüm və məndən də üstün insanlar anlayır. Bu, mənə yetər. Hamı eyni fikirləşə bilməz. Bu, mümkün deyil. Şükür ki, məni başa düşənlər az deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler