» » Erməni Bakı restoranında konsert verəcək - Foto

Erməni Bakı restoranında konsert verəcək - Foto

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Erməni Bakı restoranında konsert verəcək - Foto
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranlardan birində erməni müğənni konsert verəcək.

"Xalqinfo" Bakupost.az-a istinadən xəbər verir ki, gecə Rusakovskaya küçəsində yerləşən "Bakinskiy Dvorik” adlı restoranda baş tutacaq. Belə ki, sabah – iyunun 30-da sözügedən restoranda şanson musiqi janrı üzrə tanınmış erməni Boka (Boris Davidyan) ifa edəcək. Bu barədə restoranın sosial şəbəkələrdəki səhifələrində də məlumat yerləşdirilib. Boris Davidyan elanda "şansonun əfsanəsi” kimi təqdim olunub.

Qeyd edək ki, "Bakinskiy Dvorik” restoranlar şəbəkəsinin bir filialı da Bakıda, Abdulla Şaiq küçəsində fəaliyyət göstərirdi.

Məlumat üçün bildirək ki, Davidyan 1949-cu il, aprelin 28-də Bakıda doğulub. O, Bakı haqqında çox sayda mahnılar ifa edib.

Erməni Bakı restoranında konsert verəcək - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler