» » "Ayda bir dəfə manikür və pedikürə gedirəm"-

"Ayda bir dəfə manikür və pedikürə gedirəm"- Səməd Səmədov

Bölmə: Şou
"Ayda bir dəfə manikür və pedikürə gedirəm"-
Xalq artisti Səməd Səmədov kişilərin xəyanətindən danışıb.

Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, müğənni heç vaxt xanımına xəyanət etmədiyini deyib: “Arvaddan qorxmayan kişi deyil. Gələn il ailə qurmağımızın 40 illiyidir. Xəyanət mənlik deyil. Mənim yanımda həmişə gözəl qadınlar olub: Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı. Məni onlar cavan saxlayıb. 70 illik yubileyimi təzəcə qeyd etmişəm.

Toydan qabaq mən həyat yoldaşıma xəbərdarlıq etdim ki, toy, məclis adamıyam. Ola bilər, evə gecə saat 12-də gəlim, ola bilər səhər gəlim. Qısqanclıq olmasın. Mənim peşəm xalqın qarşısında, toylarda iştirak etməkdir”.

S.Səmədov xanımının heç vaxt makyajdan istifadə etmədiyini söyləyib:

“Makiyaj edən xanıma həsrətəm. Mənim həyat yoldaşım heç vaxt makyaj etmir. Özüm də baxımlı olmağı sevirəm. Ayda bir dəfə manikür və pedikürə gedirəm”.

Leyla Həsənova
Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler