» » “Növbəti “Maşın Realiti Şou” haqqında başqa planlarım var”

“Növbəti “Maşın Realiti Şou” haqqında başqa planlarım var”

Bölmə: Şou
“Növbəti “Maşın Realiti Şou” haqqında başqa planlarım var”
Çox gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar... Bəli, söhbət “Maşın Realiti Şou”dan gedir.

Məlum olduğu kimi, bir neçə gün öncə ATV-də bitən şouda avtomobili aktyor İslam Mehrəliyev qazanıb.

Maraqlıdır, növbəti “Maşın Realiti Şou” nə zaman olacaq? Tamaşaçılar gərgin mübarizəni yenidən izləyə biləcəklərmi?

Bu barədə layihənin müəllifi və aparıcısı Murad Dadaşov Modern.az-a açıqlama verib. Hazırda keçirdiyi əməliyyatla əlaqədar klinikada olsa da, məşhur şoumen sualı cavabsız qoymadı:

“Növbəti “Maşın Realiti Şou” haqqında planlarım var. Sadəcə bu barədə nəsə demək çətindir. Proqramın ard-arda olmasını istəmirik. Bununla yanaşı, bizim başqa böyük layihələrimiz də var. Ona görə fikirləşirəm ki, buna bir az vaxt lazımdır. Hər halda, yay fəsli keçsin, bəlkə qışda “Maşın Realiti Şou” yenidən eifrə qayıda bilər. Nəzərdə tutmuşuq ki, bunu Yeni il qabağı reallaşdıraq”.

Yeri gəlmişkən, Murad Dadaşovun səhhəti də yaxşıdır:

“Ayağımda barmaqlarım arasında çat əmələ gəlmişdi. Bir müddət məndə ayaqqabı geyməklə bağlı problem yarandı. Hətta corabımı belə, geyinə bilmirdim. Ayağım çox şişmişdi. Sən demə, infeksiya varmış, iltihab olub. Bu da böyük problemə səbəb oldu. İnsan həmişə səhhətini arxa planda qoyur. Ağrılara rəğmən fikir vermirdim. Hətta canlı yayımda ayaq üstə dayana bilmirdim. Buna görə də cərahiyyə əməliyyatı olundum. Sadəcə, yay fəslinə düşdüyünə görə ağrı daha çox olur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler