» » Eldarın Günayla toy etməkçün pulu yoxdur... -

Eldarın Günayla toy etməkçün pulu yoxdur... - Video

Bölmə: Şou
Eldarın Günayla toy etməkçün pulu yoxdur... -
Televiziya aparıcısı kimi daim kamera qarşısında olmağıma baxmayaraq, gördüm ki, kino aləmi bir başqadır. Buradakı atmosferə qoşulmaq, özümü aktrisa kimi sınamaq mənə də çox maraqlı oldu. Rejissorun dediyinə görə, rolumun öhdəsindən yaxşı gəlmişəm. Amma bunu tamaşaçılardan da eşitmək istəyərdim.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iyunun 22-də premyerası gözlənilən “21 sual” filmində baş rolu oynayan və ilk dəfə özünü aktrisa kimi sınayan teleaparıcı Aytən Əlizadə söyləyib.

Filmin quruluşçu rejissoru Ələkbər Əliyev, baş rola çəkilmiş Aytən Əlizadənin əsas tərəf-müqabili isə Taleh Yüzbəyovdur.

Filmin ssenarisinə görə, Eldar adlı bir şəxs sevdiyi qız Günayla evlənmək fikrindədir, amma toy etmək üçün pulu yoxdur. O, dostları ilə birgə pul axtararkən mükafatı 10.000 manat olan “Yalan detektoru” adlı verilişin elanını görür və verilişə qatılır. Bu zaman o, gülməli keçmişi ilə üz-üzə qalır.

Aytən Əlizadə onu da qeyd edib ki, Azərbaycanda ilk dəfə İnstaqramda canlı veriliş edir:

“Bu yenilikdir, bunu ilk dəfə mən etmişəm. 1 aydan artıqdır yayımladığımız “Canlı efir”lə bağlı daha böyük planlarım var”.


Eldarın Günayla toy etməkçün pulu yoxdur... -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler