Samiraldo: "Məni təpiklə küçəyə atdılar"

Bölmə: Şou
Samiraldo:
ANS TV-nin “Günə baxan” verilişinin bugünkü buraxılışı uşaq evləri və internatlarda böyümüş uşaqlara həsr edilib. Kamran Həsənlinin aparıcısı olduğu verilişin qonaqları arasında internat evində böyümüş tanınmış stilist Samiraldo da (Samir Əliyev) olub. Samir internatda keçən ağır və çətin keçən uşaqlığından, internatdan sonrakı həyatından danışıb.

Samiraldo valideynlərinin ziyalı olduğunu, atılmasının səbəbini isə xəstə doğulduğu ilə əlaqələndirib: "Anam ziyalı ailəsində doğulub, özü diplomat olub. Məni uşaq evinə 1975-1976-cı illərdə atıb. Mən uşaq iflici olmuşam, düşünürəm ki, məni buna görə atıblar. 13 yaşımda, artıq normal olanda məni geri götürmək istədilər, atam sağ olduğumu bilib dalımca gəlmişdi. Lakin hələ də bilmədiyim səbəblərə görə buna icazə verilmədi. Məni aparmaq üçün internat məktəbinə gəlmişdi. Həmin vaxt belə bir şeyə icazə verilmirdi. Uşaq evindən çıxandan sonra heç vaxt valideynlərimi axtarmamışam. Çünki artıq onlar mənə lazım deyildilər. Onları özümə yad billirəm..."

Stilist verilişdə internatda qarşılaşdığı çətinliklərdən söz açıb. Verilişdə ekspert qismində iştirak edən Uşaq Sığınacağının rəhbəri Kəmalə Ağazadənin onun internat müəllimlərindən biri olduğunu açıqlayarkən kədərli məqamları qeyd edib: "Uşaq evində mən çox əziyyət çəkmişəm. Bir erməni müdirə var idi, uşaqlara işgəncə verirdi. Müəllimələrim Kəmalə xanım və Elmira Hacıyevadan başqa heç kimdən, Allahdan belə qorxmurdu. Ona görə də hər bir çətin anda bu şəxslərin yanına qaçırdıq. 16 yaşımda məni təpiklə küçəyə qovdular. İlk dəfə sərbəst həyata atılmaq mənim üçün çox çətin idi. Hətta dəfələrlə özümü öldürmək istədim. Mənə çox böhtan yaxdılar. Amma özümü zəif saymadım və bu günə gəlib çatdım. Mənə ən böyük dəstək Lüdvik müəllim olub".

Samiraldo güclü biri olduğunu və haqqında deyilənlərə də fikir vermədiyini deyib. Onun sözlərinə görə, cəmiyyət Samiraldo görmək istəyirdi, o da istədiklərini verdi. "Amma mən tərbiyəli ağıllı, intelektual və özümü sevən biriyəm"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler