» » 3 il həbsdə yatan Dəniz: “Daha məni incitməyin” - Video

3 il həbsdə yatan Dəniz: “Daha məni incitməyin” - Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
3 il həbsdə yatan Dəniz: “Daha məni incitməyin” - Video
Bu qədər insanı bir arada görməyəli uzun zaman keçdi... Məncə, bu, mətbuat konfransı adı altında keçirilən bir qovuşma tədbiridr. Mən sizin üçün çox darıxmışam. Siz də mənim üçün darıxdınızmı?..

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə təşkil olunan mətbuat konfransında jurnalistlərlə görüşən müğənni Dəniz Səki bildirib. Konfransda göz yaşlarını saxlaya bilməyən ifaçı həmin görüntüləri şəxsi Tvitter hesabında paylaşıb.

Yenicə azadlığa qovuşan Dəniz Səki günahsız yerə həbs olunduğunu bildirib:

“Sizlər mənim sözüm oldunuz. İşləmədiyim günahdan dolayı mənə 3 il 2 ay cəza verdilər. Heç haqq etmədiyim halda cəza çəkdim. Bu bir sınaq, bir həyat təcrübəsi idi. O qədər fərqli hekayələr dinlədim, o qədər fərqli insanların ürəyinə toxundum ki, sanki öz gücümlə üzləşdim. Özümü daha yaxşı tanıdım. Mən həqiqətən güclü qadın imişəm...”

Tanınmış müğənni həbsxana həyatından danışaraq, kövrək anlar yaşayıb:

“Orda ən xırda şeylərlə xoşbəxt olub, ən ağır dərdlərə qarşı dağ kimi durarkən, burda böyük şeylərə sahib olub kiçik şeyləri özümüzə dərd edirik. Bu bir həyat sınağı idi. Artıq xoşbəxtliyə söz vermişəm. Söyləyəcək çox sözüm var. Amma iki saniyəlik baxışlarım da sizə hər şeyi deyər...”

Dəniz Səki ağlayaraq, jurnalistlərdən bir rica edib: ”Xahiş edirəm, daha məni incitməyin! Çox yorğunam. Məndən daha yumşaq dillə bəhs edin, rica edirəm”.

Qeyd edək ki, 3 ildən artıq həbsxanada olan Dəniz Səki narkotik ticarəti ilə məşğul olma ittihamı ilə həbs edilmişdi.


3 il həbsdə yatan Dəniz: “Daha məni incitməyin” - Video

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler