» » “Qaraca qız”ın Xədicəsi: Ana kimi xoşbəxtəm, amma qadın kimi yox

“Qaraca qız”ın Xədicəsi: Ana kimi xoşbəxtəm, amma qadın kimi yox

Bölmə: Şou
“Qaraca qız”ın Xədicəsi: Ana kimi xoşbəxtəm, amma qadın kimi yox
“Qaraca qız” filminin Xədicəsi Leyli Axundova Milli.Az-a müsahibə verib.

Xalqinfo.az xəbər verir ki, o, müsahibəsində “Mən hazırda Xoreoqrafiya Akademiyasında musiqi müəllimi kimi artıq 17 ildir çalışıram. Bundan əlavə, Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasında uşaqlara rəssamlıq fənnini tədris edirəm” deyib.

L.Axundova uşaqlıq illəri və valideynlərindən də bəhs edib:

“Həkim olmaq istəyirdim. Buna baxmayaraq, atam həkim olmağımın əksinə çıxdı. Qorxurdu ki, xəstənin dərdini çəkib, hər şeyi ürəyimə salaram. Çünki mən valideynlərim ailə qurandan 9 il sonra dünyaya gəlmişəm. Nə qardaşım var, nə də bacım. Valideynlərim “üstümdə əsirdilər”. İndi isə onların heç biri həyatda yoxdur. Deyə bilərəm ki, mən yetiməm (ağlayır).

Atam həmişə anamla mənə vəsiyyət edirdi ki, mən öləndə çaş-baş qalmayın. Masalarda yaxşı servislər, bəzəkli qab-qaşıq qoyun. Cümə axşamından öncə gözəllik salonuna gedin, sonra gəlib camaatın yanında oturun. Deməsinlər ki, mənim qızım, nəvələrim, yoldaşım pis gündədir. Ona görə də mən anamla hər cümə axşamı gözəllik salonuna gedib, sonra camaatın arasına çıxırdıq. Mən hələ də atamın vəsiyyətinə əməl edirəm.

O, şəxsi həyatı barəsində isə “Mənim iki qız övladım, üç nəvəm var. Ana kimi xoşbəxtəm, amma qadın kimi yox” söyləyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler