» » “Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı

“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı

Bölmə: Şou, MANŞET
“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı
“Maşın” realiti şousunun növbəti buraxılışında gərgin anlar yaşanıb. “Xalqinfo” xəbər verir ki, iki gündür ki, aralarında soyuq küləklər əsən Sərxan Kərəmoğlu ilə Təranə Qumral arasında növbəti qalmaqal yaşanıb.

Sərxan müğənninin “təkərə bağlayıb sürüyəcəm” cümləsinə münasibət bildirib və ona kəndir atıb:

“Təranə Qumral məni maşının təkərinə bağlayıb sürümək istəyir. Buyursun, bu da kəndir. Sürüyə bilirsə, sürüsün. Otelin bütün otaqlarının qapılarını pusur. Nə ixtiyarla? Dünən Mən, Elxan Aqilin otağındayıq. Özümüz bilərik, qruplaşırıq. Qapını açan kimi Təranən başı çıxdı”.

“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı


















Təranə Qumral isə aktyorun ondan geri qalmadığını qeyd edib:

“Dünən çaşıb mənə söz dedi. Bu gün yenə təkrar elədi. Birini demişəm, 5-ni cavab verib. Məndən geri qalmır. O kəndiri Sərxana verin, bəlkə, əsəbiləşib özünü asacaq. Axşam koridordan gələndə adımı eşitdim, bir addım saxladım. Suyun səsini açıq qoymuşdular ki, heç nə eşidilməsin. Qapını döydüm, Nadir qapını açdı, getdi. Otağın havası buz kimidir. Naməlum ayağın arxaya çəkildiyini gördüm. Ayağın kimə məxsus olduğunu dəqiqləşdirmək üçün otağa keçdim. Gördüm ki, Sərxan ordadır”.

Digər qalmaqal isə tamaşaçı səsverməsinə çıxan Səidə Sultan və onun hədəfi Aqil M. Quliyev arasında baş tutub. Rejissor müğənninin realiti şouda aktrisalıq etdiyini qeyd edib:

“Dünən ona dedim ki, dahi aktrisasan. Yaşadığı emosiyaya özü qapılıb. Yavaş-yavaş iştirakçının sarı simini tutur, onu partladır. Səidə mənə qarşı çox yaxşı oynayır. Səidənin çıxardığı bir oyundur, teatrıdır”.

“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı



















Səidə isə Aqilə kiminsə əlinin altında yaşadığını söyləyib:

“Hər kəsin bir yaşayış tərzi var. Həyatda heş vaxt aktrisalıqla məşğul olmamışam. Afirist də olmamışam, kiminsə əlinin altında yaşamamışam. Sözlərini özünə saxla, bura aktrisalıq etməyə gəlməmişik. Bəlkə, sən burada rejissorluq etməyə, öz kinonu çəkməyə aktyor axtarırsan. Bakı balaca şəhərdir, kimin nə etdiyini gözəl bilirik. Sən belə düşünürsənsə, gözüm aydın. Mənə sataşmayın”.

“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı
“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı
“Sərxanın ayağını gördüm…” - Təranəyə kəndir atdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler