» » "Aqilin otağında qruplaşırıq, sənə nə?"-

"Aqilin otağında qruplaşırıq, sənə nə?"- Sərxandan Təranəyə

Bölmə: Şou
 "Aqilin otağında qruplaşırıq, sənə nə?"-
"Ekran qarşısında olan tamaşaçılardan üzr istəyirəm. Ola bilsin sözlərim kiminsə xoşuna gəlməsin. Mənim nə ailəmdə, nə də nəslimdə heç kim xanımına, qızına icazə verməz ki, kişiyə o sözləri desin".

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu "Maşın" şouda müğənni Təranə Qumralın ünvanına deyib.

İfaçı ilə qalmaqal yaşayan S.Kərəmoğlu özündən çıxıb. Aparıcı bildirib ki, T.Qumralı vaxtilə çox reklam edib:

"Dediniz, ailə məsələlərimə toxundun. Buna görə dünən sizdən üzr istədim. İndi isə mən Sərxandan, özümdən üzr istəyirəm ki, səhv addım atdım. Sizdən üzr istəməməliydim. Mənə reklamı sənətim, burada olmağın reklamını isə Murad Dadaşov verib. Burada fəhlə də olsaydı, camaat baxacaqdı. Sən mənə nə reklam vermisən? Zamanında mən sənə reklam vermişəm. Bunu səni ora çıxaranda açıqlayacam. Mənim boğazıma kəndir salıb sürüməyi sizə yaraşdımadım. Al, kəndir verirəm sənə (yerə ip atır - red.), imkanın olsa sürüyərsən".

T.Qumral qarşı tərəfə "Sərxan çaşdı mənə söz dedi. Mənim yanımda Musa Musayev var, sən məni reklam edə bilməzsən. Çoxlarını konsertlərə, məclislərə mən aparıram" cavabını verib.

Sərxan isə Təranəni qapı güdməkdə günahlandırıb:

"Sosial şəbəkədə yazılanları oxusan burda belə danışmazsan. Dünən niyə Aqil M.Quliyevin qapısını güdürdün? Bu adam növbətçidir, qapıları pusur. Mən, Elcan, Nadir Aqilin otağında idik. Açan kimi Təranənin başı çıxdı. Girmişik ora qruplaşırıq, nə edirik özümüz bilərik. Sənin oraya başını dirəyib dayanmağının nə mənası var? Nə gözləyirsən?".

Aqil M.Quliyev də Sərxanın sözlərini təsdiqləyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler