» » Cavad Rəcəbov keçmiş gəlini haqda:

Cavad Rəcəbov keçmiş gəlini haqda: Oğlumu bıçaqlayıb

Bölmə: Şou
Cavad Rəcəbov keçmiş gəlini haqda:
Bu gün mediada yayılan iddialara görə, müğənni Cavad Rəcəbov gəlini və nəvəsini yaşadığı evdən çölə atıb. İfaçının oğlu Cavid Rəcəbov Günel Axundova ilə iki il bundan əvvəl rəsmi nikahla ailə həyatı qurub. Cütlüyün bu nikahdan bir oğlu dünyaya gəlib, daha sonra cütlük məhkəmə yolu ilə boşanıb.

Xalqinfo.az xəbər verir ki, müğənni Cavad Rəcəbov aznews.az-a müsahibəsində gəlini Günel Axundovanın onun evini zəbt etdiyini deyib.

“İki il bundan əvvəl məhkəmə yolu ilə boşanıblar. Məhkəmə qərarı ilə ona hara gəlin gəlibsə, oradan ev payı verilib. Günel Lənkərana, bizim dədə-baba evinə gəlin köçüb. Həmin ev bütünlüklə onundur, gəlsin, yaşasın. Həmin evi ona hədiyyə edirəm. Amma o gəlmir, deyir ki, “mən Bakıda ev istəyirəm”. O, hər şeyi yalan deyir. Bunlar evlənəndən sonra şərikli malları olmayıb. Dövlət nə qanun qoyubsa, biz də ona əməl edirik. İndi kimsə onu yoldan çıxarıb, istəyir ki, bizim imicimizə zərbə vursun. Qanunumuz var, mən də qanun çərçivəsində yaşayan insanam”, - deyə C.Rəcəbov vurğulayıb.

- Nəvənizə aliment ödəyirsiniz?

- Bəli, qanun nə tələb edirsə, ona əməl edirik. Uşağın geyimi, yeməyi biz tərəfindən verilir. Ona nə lazımdırsa, edirik. Sadəcə, bu qadın nə istəyir, fikri nədir, biz onu bilmirik. Səmimiyyətimə inanın, mən hər şeyi düz deyirəm, ağsaqqal kişiyəm, uzun illərdir ki, sözümü də deyirəm. Abır-həyam var, şouya da (“Maşın” şounu nəzərdə tutur - red.) kişi kimi girdim və çıxış etdim. Orada da bildirdim ki, əgər mən bu avtomobili udsam, Lənkəranda uşaq evi var, ora bağışlayacağam. Bundan artıq nə ola bilər?! Kimsə mənə “səmimi deyil” deyirsə, Allahından görsün.

- Oğlunuz Cavid Güneldən boşanandan sonra ikinci dəfə ailə qurub?

- Mənim Bakıda evim və studiyam var. Günel həmin evi zəbt edib, mənim evimdə yaşayır. Oğlum isə hələ boşanmazdan da əvvəl studiyanın zirzəmisində yaşayırdı. Cavid hazırda nişanlıdır. Mənim özüm də Bakıya gələndə hoteldə qalıram. Evim ola-ola ora gedə bilmirəm. Nə də oğlumu evləndirib gəlinimi gətirə bilmirəm. Bu qadın həyasızlıq edir, qışqırır, məni rüsvay edir. Odur ki, həmin evə gedə bilmirəm. Mən də oğlumla bir yerdə bayırda qalmışam. Axı mənim şəxsi evimin Cavidlə Günelə nə aidiyyəti var?

- Günelin davası sizin evinizi ələ keçirməkdir?

- Bəli. Amma mən evimi ona verməyəcəyəm. Hazırda vəziyyət pisdir. Toylar da yoxdur ki, oğluma yeni ev alım. Yəni, gərək qadın evdən çıxsın ki, mən də oğlumu “baş-göz edim”. Bu qadın həyasız, üzlüdür. Mən sual verirəm: Sabah Cavid evləndi, arvadını da həmin evə gətirəcək. Bu qadın Cavid və onun arvadı ilə bir evdə yaşayacaq? Biabırçılıqdır. Mən nəvəmə hər şey verəcəyəm, amma bu qadına hər şey haramdır. O, insan deyil.

- Gəlininiz Günel Caviddən ayrılandan sonra ailə həyatı qurub?

- Təbii ki, quracaq da. Düzü, mən bilmirəm, onun hazırda əri var, ya yox.

- Məhkəmə ona gəlin gəldiyi evdə yaşamaq hüququ verib. Bundan sonra icraçılar Güneli sizin evinizdən niyə çıxarmayıb?

- İki dəfə ona vaxt vermişəm. Artıq güzəştə getməyəcəyəm. İcraçılar da bunu yerinə yetirməlidir, yəni Günel o evdən çıxmalıdır. Çox şeylər var, deyə bilmirəm. Bu qadın mənim oğlumun başına çox oyunlar açdı. Oğlum namaz qılan şəxsdir. Bu qadın bizdən nə istədi, biz onu bilmədik. Mən bir dəfə kiminsə qəlbinə dəymədim.

Günel oğlumu bıçaqladı. Oğlum ayaqqabı geyindiyi yerdə qadın onu arxadan bıçaqlayıb.

- Hüquq-mühafizə orqanlarına məlumat vermişdiniz?

- Yox. Biz bunu gizlətdik, şikayət etmədik. İndi peşmanıq, kaş onda polisə şikayət edərdik. Bu qadın çox həyasız və manyakdır. Bu necə adamdır, necə tərbiyə alıb biz onu bilmirik. Hələ onun oğlumu bıçaqlamasını mən iki il sonra bilmişəm. Oğlum yalandan deyib ki, dənizdə yıxılıb, belinə məftil batıb. Az qalıb ölsün, qan itirib, dostları gəlib. Güclə onu sağaldıblar. Biz necə insanıq ki, onun etdiyi cinayətə görə Güneli polisə vermədik. Amma o, haqqı çatmadığı evin üstündə dava edir. Evimi ona verməyəcəyəm.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler