» » Bakıya gələcək müğənnilər arasında qalmaqal

Bakıya gələcək müğənnilər arasında qalmaqal

Bölmə: Şou
Bakıya gələcək müğənnilər arasında qalmaqal
“Will.i.am” adı ilə tanınan müğənni Uilyam Adams ötən il “The Black Eyed Peas” qrupunun yenidən bir araya gələcəyini elan etmişdi.

Xalqinfo.az Axşam.az-a istinadən məlumatına görə, lakin qrup tam olaraq birləşə bilməyib. Kardiffdə baş tutacaq Çempionlar Liqasının final mərhələsində çıxış edəcək qrupun üzvləri arasında “Will.i.am”, “Tabu” və “Apl.de.ap” səhnəyə çıxacaq. Müğənni Ferqinin qrupa qayıtmaması isə müzakirələrə səbəb olub.

“Will.i.am” bu haqda açıqlama verərək Ferqinin solo karyerası ilə məşğul olduğunu, hətta albom çıxarmasında ona köməklik etdiyini deyib. O əlavə edib ki, Ferqi qrupun 20 illik yubiley konsertində çıxış edəcək.

Lakin şayiələrə görə tərəflər arasında qalmaqal yaranıb. Hətta Ferqinin yerinə qrupa Nikol Şerzingerin gələcəyi də iddia edilir.

Qeyd edək ki, “Black Eyed Peas” qrupu və Nikol Şerzinger 21-23 iyunda Bakıda keçiriləcək “Formula 1” yarışmasının konsertində çıxış edəcəklər. Onlardan başqa Tarkan və Meray Kerri də yarış günlərində paytaxtda konsert verəcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler