» » "Əgər istəsəm, o hər gün efirlərdə görünər"-

"Əgər istəsəm, o hər gün efirlərdə görünər"- Aygün Kazımova

Bölmə: Şou, BLOK XƏBƏR
 "Əgər istəsəm, o hər gün efirlərdə görünər"-
Xalq artisti Aygün Kazımova qızı İlqarədən danışıb
Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, müğənni “Star life” verilişinə açıqlamasında qızının gündəmdə az olmasının səbəbini söyləyib:

“İlqarə öz çıxışına hazırlaşır. Nəhayət, o böyüdü. Qızımın istedadı çoxşaxəlidir. Əgər istəsəm, İlqarə hər gün efirlərdə görünər. Amma o, təvazökardır. İlqarənin başqa cür gündəmdə olmasını istəyirəm. Onu Aygün Kazımovanın qızı kimi qarşılayıb, alqışlamasınlar. Özü olaraq tanınsın. Təsir altına düşməsin. Çünki bu, İlqarənin psixologiyasına təsir edə bilər. Dünya ulduzlarının övladları da həmişə müsahibələrində analarının məşhurluğunun onların psixologiyasına təsir göstərdiyini deyirlər”.

İdmana marağından danışan A.Kazımova yoqa ilə məşğul olur:

“Müğənni olmazdan əvvəl mən idmançı idim. İndi üzgüçülük, qaçış və yoqa ilə məşğulam. İnsanın əsəblərini sakitləşdirir, rahatladır. Sinirləri idarə etməyə kömək olur. Hələ bundan sonra da yoqanın xeyirlərindən bəhrələnəcəm”.

Xalq artisti solo-konsertə hazırlaşdığını da bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler