» » "Sevgilim var. Evlənməyi düşünmürük"-

"Sevgilim var. Evlənməyi düşünmürük"- Təranə Səmədova

Bölmə: Şou, BLOK XƏBƏR
"Sevgilim var. Evlənməyi düşünmürük"-
Prodüser Təranə Səmədova şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib.

Xalqinfo.az axşam.az-a istinadən xəbər verir ki, prodüser həyatında birinin olduğunu, gözəl sevgi münasibəti yaşadığını deyib:

“Son vaxtlar şəxsi həyatım haqda çox xəbərlər yazıldı. Qızımın atası ilə bağlı açıqlamalarımı hər kəs qınadı. Buna görə üzülmürəm. Hazırda çox xoşbəxtəm: sevilirəm və sevirəm. Hər bir qadına sevilməyi arzu edirəm. Gözəl bir münasibətim var. O insanla bir aydır eşq yaşayırıq. Bu münasibətin ciddi və ya qeyri-ciddi olacağını deyə bilmərəm. Evliliyi düşünmürük. Amma gələcəkdə nə baş verəcəyini bilmək olmaz. Əsas odur ki, bir-birimizə qarşılıqlı hörmət edirik, dəyər veririk. Zamanı gələndə kim olduğunu deyəcəm. Bu yaxınlarda Aygün Kazımova cəsur bir addım atıb, sevgilisinin kimliyini açıqladı. Təəssüf ki, mənim onun qədər cəsarətim yoxdur. Sevgilim məmur oğlu deyil. Şou-biznesə yaxın biridir. Amma kimliyini hələ ki, gizlətməliyəm. O, qızımla bağlı açıqlamalara görə məni qınamadı. Bilir ki, düz danışmağı sevirəm. Nə olsa, ona açıq-aşkar söyləyirəm, o da hər zaman arxamda dayandığını deyir”.

Təranə məşqçi Ceyhun Vəliyevlə sevgi yaşaması xəbərlərini isə təkzib edib:

“Ceyhunun yanında məşq edirəm. Eyni zamanda da onunla işbirliyimiz var. Yeni açılan idman zalının piar meneceri olacam. Başqa bir münasibətimiz yoxdur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler