» » "Bir oğlum var, nə edim, qorxuram"-

"Bir oğlum var, nə edim, qorxuram"- Brilliant Dadaşova

Bölmə: Şou
 "Bir oğlum var, nə edim, qorxuram"-
Xalq artisti Brilliant Dadaşova uzun fasilədən sonra "5/5" verilişinin qonağı olub.

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, müğənni proqrama göbəyiaçıq paltar geyinib.

B.Dadaşova hər zaman formada qalmağının sirrini açıqlayıb:

"Sadəcə özüm yox, bütün ətrafıma deyirəm ki, idmanla məşğul olmaq lazımdır. Təkcə gözəllik üçün yox, sağlamlığa da xeyirdir. Özümüz kimi, bədənimizi də tərbiyə etməliyik. Dünyada bu sağlam yaşam tərzi o qədər inkişaf edib ki... Artıq bizim ölkədə də inkişaf edir".

B.Dadaşova bir müddət əvvəl oğlu Cahadla boks edərkən yayılan videosundan da danışıb:

"Dostlarımla gəzməyə gedirdim, gördüm boks əlcəkləri qapının yanındadır. Dedim ki, ehtiyatlı ol, burnun sınar. Oğlum bir dənədir, nə edim, qorxuram. Qayıtdı ki, heç nə olmaz. Mən də dedim, indi özüm sənin burnunu sındıracam. Elə bilirəm əlcəyi geyinəndə, üzə asan yumruq vura bilərsən. Gördüm ki, yox, çətin imiş".

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler