» » Əməkdar artist oğlunun ölümündən danışdı

Əməkdar artist oğlunun ölümündən danışdı

Bölmə: Şou
Əməkdar artist oğlunun ölümündən danışdı
Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov oğlunun ölümündən danışıb.

Xalqinfo.az xəbər verir ki, “APA TV”-nin “Show time” verilişində qonaq olan aktyor oğlunun ölüm xəbərini eşidən gündən xəstəliyə düşdüyünü deyib.

“Oğlumun faciəvi ölümünə pis oldum. Onun ölümündən sonra xəstəliyə tutuldum. Şəkər xəstəsi oldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, çox gözəl ailəsi var idi. Övladımı heç nədən itirdim. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı. Və həmin an daş da düz şah damarını kəsdi. Və heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”, - deyə o vurğulayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler