» » Namiq Fərhadoğlu-

Namiq Fərhadoğlu- "Mən bütün aşıqlardan üstünəm... Aşıq Tellini də, Mübarizi də efirlərdə biabr etmişəm".

Bölmə: Şou, BLOK XƏBƏR
Namiq Fərhadoğlu-
Daima qalmaqalları ilə yadda qalan aşıq bu dəfə də öz sözünü dedi.
Xalqinfo.az-a verdiyi açıqlamada bu sahədə özündən üstün heçkəsi görmədiyini bildirən Namiq Fərhadoğlu aşıqlara məsləhət verdi. Aşığın əməkdaşımızla olan söhbətini sizə təqdim edirik.

-Bu sənətə necə gəldiniz? Sənətinizi sevirsinizmi?

-Mənim atam, babam aşıqdır.Mən 7 yaşımdan saz ifa edirəm, el şənliklərinə gedirəm. Sənətdə olmağımın 17 illiyini keçirtdim. Sənətimi sevərək bu pilləyə gəlmişəm.

-Yaşınızın ildən -ilə çoxalması sizə necə təsir göstərir?

-Çox yaxşı təsir göstərir. Namiq Qaraçuxurlu deyir ki, "Hər il gəlir yaş üstə yaş qocalıram. Hiss edirəm yavaş-yavaş qocalıram". Namiqin özünə də dedim: "Adaş elə demə. Hər il gəlir yaş üstə yaş ucalıram"- de. Mənim fikrimcə insan yaşa dolduqca ucalır, yüksəlir.

- Azərbaycan aşıqlarından kimi bəyənirsiniz?

- Mən Aşıq Tellinin də, Mübarizi də efirdə biabr etmişəm. Telli Zaurun verilişinə ağ şalvar geyinib gəlirdi. Mən də demişdim ki, aşıq qadın şalvar geyinməz. Bu mövzuda bizim davalarımız olmuşdu. Sevimli şouda da Mübarizlə davamız düşmüşdü. You tubeda baxa bilərsiniz. Mübarizi pis günə salmışam. Aşıq klounluq etməməlidir. Aşıq Zülfiyə, Ədalət bütün bu aşıqların hər birindən özümü üstün bilirəm. Aşıq sənətinə layiqincə pul xərcləyirəm. Qazancımın çoxunu da bu sahəyə sərf edirəm. İldə iki dəfə müğənnilər konsert verəndə, mən 3-4 dəfə verirəm. Qoy bilsinlər ki, aşıqlar da var.

-Aşıqlara məsləhətiniz nədir?

Aşıqlara məsləhətimi efirdən də demişəm, indi də deyirəm. Aşıq olsunlar. Peşəkar olmaq lazımdır. Pul xətrinə ifa etmək olmaz.Mən toyda olanda Natavanı da, Röyası da, Nadiri də toyda olur. Onlarla birlikdə eyni məclisdə oluram. Mən mədəni formada eyni zamanda da müasir şəkildə sazımı ifa edirəm. Hər kəs də çox bəyənir. Bəzi aşıqlar var durub sırtıq-sırtıq hərəkətlər edirlər. Nədi nədi pul qazansınlar. Mən bunların əleyhinəyəm. Peşəkar olmaq başqa bir şeydir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler