» » Bakıya gələcək ulduzların qəribə istəkləri

Bakıya gələcək ulduzların qəribə istəkləri

Bölmə: Şou
Bakıya gələcək ulduzların qəribə istəkləri
Dünya ulduzları konsert vermək təklifi alanda, ilk növbədə, rayderlərini təqdim edirlər. Onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı, istəkləri də hər kəsi təəccübləndirir.

Ölkəmizdə baş tutacaq “Formula 1” yarışları çərçivəsində Meray Keri, Tarkan, Nikol Şerzinger kimi tanınmış müğənnilər və “Black Eyed Peas” qrupunun konserti gerçəkləşəcək. Görəsən, həmin ulduzların rayderləri nədən ibarətdir?

Xalqinfo.az Axşam.az-a istinadla həmin ifaçıların rayderlərini təqdim edir.

Onlar indiyə kimi getdikləri konsertlərdə bunları tələb ediblər:

Meray Keri dünyanın ən kaprizli ulduzlarındandır. Onun istəkləri arasında, ilk növbədə, dəyəri 1500 dollar olan şampan şərabından bir neçə şüşə olmasıdır. Onun qalacağı otaqda unitaz, əlüzyuma yeri və vanna yeni quraşdırılmalıdır. Tutacaqlar isə qızılı dəmirdən olmalıdır. Otaqda mütləq yumşaq oyuncaqlar, 200 ədəd dəsmal, təbii güllər yerləşdirilməli, yerə və yatağa qızılgül ləçəkləri səpilməlidir. Meray Keri mineral su ilə vanna qəbul etməyi xoşlayır. Keri getdiyi yerə itini də aparır. İti üçün də əlavə vanna quraşdırılmasını tələb edir. O, mineral su ilə vanna qəbul edərkən iti də onun yanında olmalı və mineral su ilə doldurulmuş vannaya uzadılmalıdır. Ən əsası isə o, səhnəyə çıxanda kulisdə xüsusi bir adam qoyulmalıdır. O, səhnəyə çıxanda ona saqqızını verməlidir.

Nikol Şerzinger də getdiyi yerdə rayderlərini ilk təqdim edənlərdəndir. Onun rayderinə, ilk növbədə, sıyıq daxildir. Daha sonra isə dənli bitkilərdən olan qidalar olmalıdır. Qrim otağında 20 dəsmal yerləşdirilməlidir. Onlar isə mütləq qara rəngdə olmalıdır. Ekzotik meyvələr yer almalıdır. Otaqdan gözəl qoxu gəlməlidir. Nikol meneceri ilə eyni mərtəbədə qalmalıdır.

Tarkan rayderində, ilk növbədə, onun yaradıcılığı ilə bağlı istəklər yer alır. Orkestri ilə eyni hoteldə qalmalıdır, onların yeməyi, rahatlığı yüksək səviyyədə təşkil edilməlidir. Kulisdə viski, antep fıstığı və çoxlu dəsmal olmalıdır. Onları görməyəndə çox əsəbiləşir. Konsert hazırlığı uzun vaxt aparır. Kulisdə çox səs-küy olmamalıdır. Rahatlamaq üçün çoxlu bitki çayı içir. Özəl olaraq Bolqarıstandan gətirilən bitki qarışıqlı çayı içməsə, səhnəyə çıxmır.

“Black Eyed Peas” qrupunun rayderi 38 səhifədən ibarətdir. Təkcə kulisdə ən bahalı brenddən olan araqdan 5 şüşə, 11 ədəd ağ pendir və ispanaqdan hazırlanan sendviç, 8 ədəd donuz ətindən hazırlanan sendviç, 42 şüşə su, portağal, kokteyl və başqa tələblər olmalıdır. Özləri ilə birlikdə heç bir texniki avadanlıq gətirmirlər. Hamısını təşkilatçı özü təmin etməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler