“Eurovision-2017”nin qalibi məlum oldu - YenilənibUkraynanın paytaxtı Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin finalı başlayıb. “Xalqinfo” xəbər verir ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa. Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək. *** Azərbaycan təmsilçisi Dihaj 12-ci nömrə altında səhnəyə çıxıb. O, "Skeletons"u canlı ifa edib. Müsabiqənin aparıcıları onu xüsusi olaraq təqdim ediblər. *** Yarışmada 26 iştirakçı öz şou və ifalarını təqdim ediblər. Artıq səsverməyə start veriblər. *** Səsvermə zamanı səhnəyə Ukraynanın xalq artisti Ruslana və "Eurovision 2016"nin qalibi Jamala çıxış edib. Aparıcılar onların çıxışından sonra səsvermənin bitdiyini elan edib. Azərbaycandan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verilib. Səsləri Tural Əsədov təqdim edib. Jurilərin Azərbaycana verdiyi səs: San-Marino 5 xal Albaniya 2 xal Yunanistan 10 xal Moldova 5 xal Bolqarıstan 5 xal İtaliya 12 xal Portuqaliya 12 xal İrlandiya 1 xal Gürcüstan 10 xal Kipr 1 xal Macarıstan 4 xal Belçika 4 xal Polşa 1 xal Ukrayna 6 xal Azərbaycan münsif səsverməsindən 78 xal toplayıb. Hələki nəticələrə görə Portuqaliya birincidir. İndi isə tamaşaçıların verdiyi səsvermə toplanır. 42 xal Azərbaycanın səslərinə əlavə olunub. Azərbaycanın toplam xalı 120 olub. Portuqaliya qalib oldu. İkinci yerdə isə Bolqaristan tutdu. Üçüncü pillədə isə Moldova qərarlaşdı. Azərbaycan isə yarışmanı 14-cü yerdə bitirdi. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|