» » Azərbaycanlı aktrisa “striptiz” oynadı

Azərbaycanlı aktrisa “striptiz” oynadı

Bölmə: Şou, MANŞET
Azərbaycanlı aktrisa “striptiz” oynadı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin maraqlı videosu yayılıb.

Xalqinfo.az BAKU.WS-ə istinadla xəbər verir ki, videonu aktrisa “Instagram” səhifəsində paylaşıb. Nəsrin Cavadzadənin “Striptiz” rəqsi izləyiciləri tərəfindən bəyənilib. Aktrisa bu video ilə yeni oynayacağı səhnənin anonsunu verib. Bu tamaşa isə “Ucuz həyəcanlar” adlanır.

Məlumat üçün bildirək ki, Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçərək orada yaşamağa başlayıb.

O, Mərmərə Universiteti Kino və Televiziya fakültəsinin məzunudur. 2007-də Türkiyənin ATV televiziyasının “Yersiz-yurdsuz” adlı serialında, Hüseyn Qarabəyin “Getmək: Mənim Marlon və Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” adlı filmlərində rol alıb. 2014-cü ildə çəkildiyi “Quzu” adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler