» » Valeriy Meladzenin konsertində anşlaq -

Valeriy Meladzenin konsertində anşlaq - Fotoreportaj

Bölmə: Şou
Valeriy Meladzenin konsertində anşlaq -
Rusiyanın əməkdar artisti Valeriy Meladze öz yubiley turu çərçivəsində dünən Azərbaycanın paytaxtında, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Xalqinfo.az xəbər verir ki, gürcü əsilli ifaçının konserti anşlaqla keçib. Rusiya estradasının ən populyar müğənnilərindən olan Meladze özünəməxsus ifası ilə gecəyə gələnləri heyran edib.

Valeriy Meladzenin Bakıya hər gəlişi onun yaradıcılığını sevənlər üçün kiçik musiqi bayram olur və bu konsert də istisna olmayıb. V.Meladzenin hazırladığı musiqi bayramı birnəfəsə keçib və qonaqlara çoxlu müsbət emosiya bəxş edib. Konserti “Се ля ви” mahnısı ilə açan Meladze ilk növbədə gələn hər kəsə azərbaycan dilində “Çox sağ olun” deyərək öz təşəkkürlərini bildirdi. Daha sonra isə zala toplaşan qonaqların çox əyləncəyinə zəmanət verib və sözünün üstündə də durub. Tez-tez şəhərimizin qonağı olan Meladzeni tamaşaçılar da çox isti qarşılayıb.

Adətən konsertin ilk dəqiqələrində qonaqlar daha sakit olur və sevimli artistlərinə sevgisini bildirməyə çəkinirlər. Ancaq Meladze konsertin əvvəlindən sonunadək susmaq bilməyən alqışlar mükafatlandırılırdı. Tamaşaçılar artistin hər ifasından sonra minnətdarlıqlarını gurultu alqışlar və gül dəstləri ilə ifadə edirdilər. Yeri gəlmişkən müğənniyə o qədər gül dəstələri verildi ki, ifaçı zarafatlar “Gül mağazası aça bilərəm, hə” , - deyə bildirdi. Bütün gecə boyu qızlar ifaçı gül dəstələrini verə bilmək üçün növbəyə düzülür, onunla selfi çəkdirmək imkanını əldən vermirdilər.

V.Meladzedə də 2 saat yaxın davam edən proqramda tamaşaçılar ilə çox səmimi söhbət edir, öz həyatından və yaradıcılığından danışır, xalqımızın qonaqpərvərliyindən və Bakı haqqında yüksək rəyini bildirirdi.

Müğənni konsertdə illər ərzində dillərdən düşməyən “Самба белого мотылька”, “Красиво”, “Я не могу без тебя”, “Вопреки”, “Обернитес”, “Небеса”, “Мой брат” və s. kimi hitlərini təqdim edib.

Artist bütün konsert boyu mahnıları ifaçı ilə birlikdə əzbər oxuyan tamaşıçıların arzusunu da yerinə yetirb. O, “Biz məlum məsələdir ki, səhnədə oxuyub oynayırıq. Bəs siz orda darıxmırsınız ki? İndi hansı kompozisiya gəlsin?” sualı ilə tamaşaçılarına müraciət edib. Ulduzun keçirdiyi səs vermədə səs çoxluğu karyerasının ilk illərində ona böyük şöhrət gətirən “Сэра” “Актриса” mahnıları qalib gəlib.

Sonda isə gecənin qəhrəmanı tamaşaçılara təşəkkür edərək, onları çox darıxmağa qoymayacağını və "Jara 2017" beynəlxalq festivalında çıxış edəcəyini elan edib.(publika)

Valeriy Meladzenin konsertində anşlaq -
Valeriy Meladzenin konsertində anşlaq -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler