» » “Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri
Ötən gün təqdim olunan “Xənnas” filminin qalasına qatılan tanınmışlar geyimləri ilə yadda qalıb. “Xalqinfo” xəbər verir ki, onlar diqqət çəkmək üçün əllərindən gələni etsələr də, bu, heç də hamısında uğurlu alınmayıb.

Gecənin ən zövqsüzü elə qalanın aparıcısıdır desək, yanılmarıq. Fizzə İsmayılovanın uzun “quyruq”lu və qızılı rəngli libası nəinki onu izləyənləri, çox güman ki, aparıcının özünü də xeyli yorub. Belə ki, tədbir boyu Fizzə hərəkət etməkdə çətinlik çəkib.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri















Aktrisa Cəmilə Tağızadə isə görünür ki, yazın gəlişindən xəbərsizdir, yoxsa “Qar kraliçası” obrazı ilə qala gecəsinə qatılmazdı. Cəmilə dəbli görünmək istəsə də, makiyajı və saç aksessuarı ilə işləri korlayıb.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri















“Don Marleone” filmi ilə ulduzu parlayan Natavan Əfəndiyeva gözəl görünsə də, qala gecəsinə gəldiyini unudub. Təqdimata sadə geyimlə gəlsə də, cazibədarlığı onu xilas edə bilib.

Aktrisa Xumar Səlimova isə “parik”ə bənzəyən saçları istisna olmaqla, baxımlı görünüb. Onun geyindiyi dəri don qüsursuz bədənini ortaya çıxarıb. Ancaq aktrisanın kiçik sinəsi dekoltesinin haqqını verməyib.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri

















Sevinc Əliyeva isə ümumi olaraq qənaətbəxş görünsə də, geyimi qala formatına uyğun deyil. Filmin baş qəhrəmanlarından biri olan Zarina Qurbanova görünür, qırmızı geyimdən istifadə etməklə diqqət çəkmək istəyib. Balacaboylu aktrisanı platforma ayaqqabısı belə xilas edə bilməyib. Belə ki, donun ətəyinin uzunluğu görüntüsünə xələl gətirib. Ümumilikdə, qırmızı rəng gözəl aktrisaya çox yaraşıb.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri















Gənc aktrisa Ülfət Bəşiri gecənin ən zövqlülərindən hesab etmək olar. O, istər makiyajı, istərsə də, geyimi ilə seçilməyi bacarıb. Lakin, libas “balıq ətli” xanımının çəkisini bir qədər artıq göstərib.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri















Filmin digər baş qəhrəmanı Nərgiz Əliyevanın geyimi ona yaraşsa da, ağ-qaranın vəhdətindən yaranan paltarın modelini köhnə dəbli hesab etmək olar.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri















Gecənin əsas qəhrəmanı Pərvin Abıyevanın yaşıl rəngli donu aktrisaya çox yaraşıb. Pərvin təqdimatda o qədər həyəcanlı olub ki, səhnəyə belə əl çantasıyla çıxıb.

“Quyruq”lu aparıcı, qışı gətirən aktrisa - Dünənki gecənin zövqsüzləri

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler