» » Əməkdar artist deputata görə özünü öldürmək istəyir

Əməkdar artist deputata görə özünü öldürmək istəyir

Bölmə: Şou
Əməkdar artist deputata görə özünü öldürmək istəyir
Tanınmış müğənni, Əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza “otxod” deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası davam edir. Hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan sənətçi deputatdan haqqını ala bilmir.

Xalqinfo.az xəbər verir ki, F.İbadova BakiPost.az-a müraciətində A.Şahverdiyevlə arasındakı çəkişmənin təfərrüatını danışıb.

Qısa olaraq qeyd edək ki, Əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt Əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş. Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta Əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər.

Onun sözlərinə görə, 2009-cu ildə - qızının həm toy, həm də universiteti bitirdiyi ərəfədə pul lazım olub:

“Bayılda evimi girov qoyub bankdan 30 min dollar götürdüm. Sonra müəyyən çətinliklər oldu, Mərdəkanda olan 11 sot torpağımı da satmaq istədim. Amma torpaq sahəsi 11 sotdan çox idi.

Bağın aşağı tərəfində iki yüksəkgərginlikli elektrik xətləri var idi. O da mənim hasarımın içərisində idi. Onunla bərabər torpağım 16-17 sota qədər çatırdı. Amma 11 sotun sənədi varıydı.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdim. Oradan da iki nəfər gəlib torpaq sahəsinə baxış keçirdilər. Hələlik 4,8 sota görə “kupça” verə biləcəklərini dedilər. Qalan yerin bağın aşağı hissəsinə düşdüyü, həm də yüksəkgərginlikli xətlər oradan keçdiyi üçün vermədilər.

Səbaildə 8-ci polis bölməsinin müstəntiqi Aqil Fətəliyev ilə tanışlığımız var idi. Ailəsini, amma daha çox anasını tanıyırdım. Ona dedim ki, Mərdəkandakı bağımın 4,8 sotunun “kupça”sını aldığım üçün satmaq istəyirəm, amma bağımı 70 minə almaq istəyənə də verə bilərəm.

70 min dollarının olmadığını, ancaq 30 minə ala biləcəyini bildirdi. Yalnız bir şərtlə ki, 30 min dolların 15-ni verib, yarısını sonra verəcəkdi. Tanıdığım üçün razılaşdım. Çünki tez-tez toylarda, məclislərdə rastlaşırdıq”.

Müğənni deyir ki, torpağın satışı zamanı Xətai rayon bölməsinin polis mayoru Rəşid Allahyarov da orada olub:

“Mən onu tanımırdım. Aqil dostunun olduğunu dedi. Həmin Rəşid özü ilə beh vermək üçün 5 min dollar gətirmişdi. Mənə bildirdi ki, 10 min dolları da Aqil verəcək. Qalan hissəsi də sonra ödənilsin. Sən demə, bunlar şərikli aldıqlarını demişdilər. Amma əslində, Aqil bütöv bağı ələ keçirmək istəyirmiş. Gələcəkdə öz işlərini görə bilmək üçün.

Üstündən xeyli vaxt keçdikdən sonra notariusa getdik. Aqilin evindən 8 min dollar gəldi. O zaman mənə dedi ki, Firuzə xala, cib xərcliyi olaraq həmin puldan 400 manat götürsəm olar? Razılaşdım.

O vaxt Aqil cavan rəhmətə getdi. Amma halallıq vermirəm. Çünki mənimlə düzgün oyun oynamadılar. Nə olsun ki, evimdə başıpapaqlı yoxdur?! Mən həm kişiyəm, həm də qadın. Mən elin sənətkarıyam, 62 yaşım var.

Beləliklə də, 2009-cu ildə mənim bağım Solmaz Şahverdiyevanın adına keçdi.

2010-cu ildə isə sağ tərəfim insult oldu. O zaman Aqilə zəng vurdum ki, xəstələnmişəm. Bəs pulumun yarısı necə olacaq? Çünki o pula çox böyük ehtiyacım var. Amma gətirib vermədi. Həmin ərəfədə Bayıldakı evimin pulunu banka tam ödəyə bilmədim. Bu səbəbdən o evi satıb bankın pulunu ödədim.

5 aydan sonra ikimizin də tanıdığı dostumuz zəng vurub dedi ki, Aqil qəzaya düşərək ölüb.

Solmaz Şahverdiyeva gəldikdə isə o, deputat Astan Şahverdiyevin həyat yoldaşıdır. Aqil də qızının yoldaşıdır.

2013-cu ildən 2016-ci ilin avqustuna kimi mübarizə apardım. Əsəblərim korlandı. Proses 1 il yarım Xəzər Rayon Məhkəməsində getdi. Ondan sonra 2 saylı İqtisad Məhkəməsinə müraciət etdim. Bu məhkəmə də onların xeyrinə qərar verdi. Son olaraq Apellyasiya Məhkəməsinə verdim. Bildirdim ki, mən 4,8 sota qol çəkmişəm. Amma onlar 11 sotu mənimsəyib. Bütün idarələr torpağın mənim adımda olduğunu təsdiq edib. Əgər elə olmasaydı, niyə dövlət 11 sotun pulunu məndən alırdı? O torpağı mənə heç kim bağışlamayıb.

Özləri məhkəməyə gəlmir. Astanın özü məhkəməyə zəng vurur. Hətta bir dəfə hakim Rəşad Həsənovun köməkçisinə zəng vurub demişdi ki, heç birimiz məhkəməyə gəlməyəcəyik. Axı niyə gəlmirsiniz? Siz Firuzə İbadovadan böyük adamsınız? Sən mənimlə qarşı-qarşıya gəlsən, səni yandırıb öldürəcəyəm, sonra özümü tələf edəcəyəm”.


www.xalqinfo.az

Əməkdar artist deputata görə özünü öldürmək istəyir
Əməkdar artist deputata görə özünü öldürmək istəyir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler