» » Aysel Trudel “LuxCartel”lə əməkdaşlığa başladı

Aysel Trudel “LuxCartel”lə əməkdaşlığa başladı

Bölmə: Şou
Aysel Trudel “LuxCartel”lə əməkdaşlığa başladı
Nyu-Yorkda yerləşən “LuxCartel” moda evinin sahibəsi, Beyons və Aleksa Çanq kimi dünya şöhrətli ulduzları dəbli əşyalarla təmin edən Natalya Ponyatovski-Rovner azərbaycanlı biznes-ledi Aysel Trudellə əməkdaşlığa başlayıb.

Xalqinfo”nun “Tatler.ru”ya istinadən məlumatına görə, Moskvada Trudelə məxsus “Aziel” butikində “LuxCartel”in əşyaları satılacaq. Bu münasibətlə də tərəfdaşlar və bir neçə məşhur sima yapon restoranı “Seiji”də nahar ediblər.

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.
38 yaşlı azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.

Aysel Trudel “LuxCartel”lə əməkdaşlığa başladı
Aysel Trudel “LuxCartel”lə əməkdaşlığa başladı
Aysel Trudel “LuxCartel”lə əməkdaşlığa başladı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler