» » Özcan Dəniz açıqlama yaydı:

Özcan Dəniz açıqlama yaydı: "Şüursuz deyiləm"

Bölmə: Şou
Özcan Dəniz açıqlama yaydı:
Müğənni və aktyor Özcan Dənizin keçmiş sevgilisi Fahriye Evcenin fotosunu İnstaqramda bəyənməsi böyük müxakirələrə səbəb olmuşdu.

Xalqinfo.az axşam.az-a istinadən bildirir ki, Burak Özçivitin bu vəziyyəti qısqanclıqla qarşıladığı deyilirdi. Bütün bunlardan sonra Özcan sosial mediada açıqlama verərək məsələyə aydınlıq gətirib:

"... Normalda belə hallarda susuram, amma vəziyyət indi fərqlidir. Bir neçə aya evlənmə planı quran cütlük var qarşımızda və heç kimin şəxsi həyatında problem yaratmaq istəmirəm. Siz mənim bunu şüursuzca etdiyimi düşünürsünüz...

Bilirsiniz ki, uşaqlar telefonla oynamağı çox sevir. Məşhurların fanatları bir çox məşhuru eyni anda izlədikləri üçün İnstaqramda hər tanınmış insanın "Kəşf et" bölməsində heç əlaqəsi olmayan digər məşhurlar da görünür. Telefonu 6 yaşlı bir uşağımızın oyun oynaması üçün ona vermişdim, balaca qız da sevdiyi adamları görərək bütün fotolarını bəyənib. Anası da bunu görüncə, dərhal təlaşlanaraq məlum "bəyənmə"ni geri çəkib. Açıqlamam budur. Yəni evlilik hazırlığında olan bir cütlüyə bu hörmətsizliyi edəcək qədər özümə düşmən, şüursuz biri deyiləm"

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler