» » Elnarə Xəlilova: Rəfiqəmi boşatdırmışam

Elnarə Xəlilova: Rəfiqəmi boşatdırmışam

Bölmə: Şou
Elnarə Xəlilova: Rəfiqəmi boşatdırmışam
ARB TV-də aparıcı Elgiz Əkbərin təqdimatında yayımlanan “Elin gözü” verilişinin növbəti buraxılışında ailədaxili problemlər müzakirə olunub.

Xalqinfo.az xəbər verir ki, proqramın gedişatında müğənni Elnarə Xəlilova ilə yazıçı-jurnalist Aysel Əlizadə arasında gərginlik yaranıb.

A.Əlizadə verilişə qatılan ailənin vəziyyəti barədə “Təhqiri, zorakılığı bağışlamaq olmaz. Adam istəmirsə, onları barışdırmaq olmaz. Dörd qızın xətrinə o ailə dağılmalıdır. Çünki uşaqlar ailədə normal münasibət görməlidirlər” deyib.

E.Xəlilova isə A.Əlizadənin sözlərinə etirazını bildirib:

“Ailəni bir saniyədə dağıtmaq olar, amma onu qurmaq üçün çox vaxt lazımdır. Mən öz rəfiqəmə “boşan” sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona “bu adamdan sənə ər olmaz” demişəm, 7 illik ailə dağılıb. İndiki halda görürəm ki, məsələni burada həll etmək olar. Məqsədimiz odur ki, bu ailə dağılmasın”.

İfaçı daha sonra həyat yoldaşı ilə problemi olan qadına üzünü tutaraq “Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Sən istəsən, onu ram edə bilərsən” deyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler