» » “Gərək mənim kimi xanımın həyat yoldaşı olmasın”

“Gərək mənim kimi xanımın həyat yoldaşı olmasın” Mətanət

Bölmə: Şou
“Gərək mənim kimi xanımın həyat yoldaşı olmasın”
“Evləndim, amma çox uzun çəkmədi. 2 ildən bir az çox çəkən evliliyim oldu. Anladım ki, o deyil. Mən həmişə düşünürəm ki, gərək mənim kimi xanımın həyat yoldaşı olmasın”.

Xalqinfo” xəbər verir ki, bu sözləri Mətanət Əliverdiyeva “Gəlin danışaq” verilişində qonaq olarkən deyib.

Aparıcı proqramda şəxsi həyatı barədə danışıb:

“Çox sərbəstəm, öz fikirlərimi deyən, bildiyimi yeridənəm. Kimsə mənə deyə bilməz ki, "niyə bunu belə elədin?", "sən bu vaxta kimi hardasan?". Bunu qəbul edə bilmirəm. Hər şeyi özüm edirəm. Həyat yoldaşım psixoloji cəhətdən məndən 10 dəfə güclü olmalıdır".

Əliverdiyeva bildirib ki, boşandıqdan sonra işləməyə başlayıb:

"Ayrılandan sonra anamgilin yanına qayıtdım, övladım oldu. Sonra işə düzəldim.Hamının tanıdığı "Böyük Seva" məni işə düzəltdi. Ona təşəkkür edirəm. Sonra televiziyada aparıcı olmağı təklif edəndə istəmədim. Radionu sevirdim. Sonra çıxdım, böyük partlayış oldu. Daha sonra gördülər ki, bir yerdə dayana bilmirəm, "Ford Boyard"a göndərdilər. Xəbərlərdən şouya getdim. Elməddin sağ olsun, seriala təklif göndərdi və çəkildim. Bu cür həyatda davam edirəm".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler