» » “Dəlisiyəm gecənin” deyəndə ağlına soyunmaq gəldi?!"

“Dəlisiyəm gecənin” deyəndə ağlına soyunmaq gəldi?!"

Bölmə: Şou
“Dəlisiyəm gecənin” deyəndə ağlına soyunmaq gəldi?!"
Müğənni Günay İbrahimli “Gündəlik” verilişinin qonağı olub.

Xalqinfo.az-ın məlumatına görə, aparıcı Mətanət Əliverdiyeva ifaçının “Dəlisiyəm gecənin” klipindən danışaraq, onu qınaq obyektinə çevirib:

“O nə klipdi çəkdirmisən? Deyirsən ailəm narazı olub. Ananın yerinə mən olsaydım, səni evə buraxmazdım. Niyə risk etdin? Bilirsən ki, bunu bizim kanallarda qəbul etməzdilər. “Dəlisiyəm gecənin” deyəndə ağlına soyunmaq gəldi?”.

G.İbrahimli isə “İnsanın tərbiyəsi geyimlə ölçülməməlidir. Klip hovuz kənarında çəkilib. Orada palto geyinəcəkdim? Rejissor dedi ki, ssenariyə əsasən azad fikirli, çılğın qız obrazı yaratmalısan. Mən də razılaşdım. Niyə xaricilər gəlir burda yüksək qonorar alır, soyunur, nələr edir, hələ bir alqışlayırıq da”, - deyə cavab verib.

M.Əliverdiyeva isə “Xeyr, “tərbiyə geyimlə ölçülmür” fikri ilə razı deyiləm. İndi özümüzü açıb qoyaq ki, tərbiyəliyəm? Mən də azad fikirli xanımam. Amma ağılla, ədəblə geyinirəm. Sən bilməliydin ki, xaricilərdə mentalitet yoxdur. Özünü onlarla bir tutma” şəklində etirazını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler