» » "Elşad yox, başqası olsaydı öpüşməzdim" - Oksana

"Elşad yox, başqası olsaydı öpüşməzdim" - Oksana

Bölmə: Şou, MANŞET
"Elşad yox, başqası olsaydı öpüşməzdim"  - Oksana
"Kiçik bir öpüş çox böyük səs-küyə səbəb oldu. Biz düşünmədik ki, öpüşək, reytinq toplayaq".

Xalqinfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri rəqqasə Oksana Rəsulova "Xəzər maqazin"ə açıqlamasında deyilib.

Sənətçi "Mələyin öpüşü" filmindəki obrazından, keçmiş həyat yoldaşı Elşad Xose ilə səmimi görüntülərindən danışıb:

"Bizim münasibətimizin 0,5 faizini filmdə görəcəksiniz. Hələ nələr var, nələr. Düşündük ki, elə edək heç kim inciməsin. Qərara gəldik ki, Oksana ancaq Elşadla öpüşə bilər. Elşad yox, başqası olsaydı, qəbul etməzdim. Ya səhnəni ssenaridən çıxardardım, ya da filmə çəkilməzdim. Düşünürəm ki, Elşad da bunu başqası ilə etməzdi. Məhz Elşada görə öpüşdüm".

O.Rəsulova Elşadla yenidən ailə quracağı haqda xəbərlərə belə cavab verib:

"Nikaha tövbə etmişəm. Mən heç vaxt nikah kəsdirməyəcəm. Bilmirəm, Elşad nə düşünür. Bəlkə sabah başqasıyla ailə qurdu. Heç vaxt Elşad söhbətindən qaçmamışam. Mən onu sevmişəm, demək, ona layiq olub. Hələ treyler gəlir, soundtrek olacaq. Görün orda nələr olacaq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler