» » Fərda ilə Pərvinin çəkildiyi filmlə bağlı qalmaqal -

Fərda ilə Pərvinin çəkildiyi filmlə bağlı qalmaqal - İdeya Azərindir?

Bölmə: Şou
Fərda ilə Pərvinin çəkildiyi filmlə bağlı qalmaqal -
Bir neçə gündür ki, Türkiyə istehsalı olan, Fərda Xudaverdiyev, Pərvin Abıyeva və İslam Mehrəliyevin də rol alacağı “Yanlış anlama” filmi haqda Türkiyə və Azərbaycan mətbuatında xəbərlər yayımlanır. “Yanlış anlama” Türkiyə və Azərbaycandan iki ailənin birlikdə 10 gün keçirməsindən bəhs edir. İki dilin və mədəniyyətin həm yaxınlığı, həm fərqliliyi nəticəsində ortaya komik macəralar çıxacaq. Əyləncəli bir səhv başa düşülmə hekayəsini izah edən filmin rejissoru kürsüsündə Ulaş Cihan Şimşək oturur. Filmin ssenarisi isə Ayberk Çınara aiddir. Filmin aktyor heyətində isə Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, Islam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva, Pelin Sönmez kimi məşhur adlar iştirak edir. Amma...

Bəhs etdiyimiz filmlə bağlı qalmaqal yaşanıb. Məsələ burasındadır ki, teleaparıcı Azər İsmayılov filmin ideyasının ona məxsus olduğunu və fikirlərinin ortaq razılığa gələ bilmədiyi “Dado” və “Levent” adlı Türkiyə şirkəti tərəfindən oğurlandığını bildirib.

"Xalqinfo" xəbər verir ki, məsələ ilə bağlı musavat.com saytının suallarına cavab verən teleaparıcı haqqının tapdalandığını deyib: “Bəzilərindən fərqli olaraq, mən gördüyüm işin kölgəsində qalmağı xoşlayıram. Digərləri kimi mətbuata məlumat ötürüb, dost-tanış arasında yaymıram. Çünki mənim məqsədim özünü reklam etmək deyil, mən televiziyaçıyam, işim insanların mənafeyini qorumaqdır. Indiyə kimi kənardan baxmışam, amma ideyamın oğurlanması mənə təsir etdi. İlk olaraq onu deyim ki, “Yanlış anlama” filminin ideyası və adı mənə məxsusdur. Ideyanı hazırlamışam, sxemi qurub vermişəm. İşin skeleti olandan sonra onun içini ssenari ilə doldurmaq asan olur. Film təklifini “Levent” və “Dado” şirkətinə mən etmişəm. Filmin ssenarisi ilə türk ssenaristlərə həvalə olunub, çünki onlar bu işdə daha peşəkardırlar. Şirkət rəsmiləri ilə İstanbulda və Bakıda dəfələrlə görüşdük. Bakıda olanda oteldə qalmalarını, yemək və gəzməklərini mən təmin etdim.

Öncə dedilər ki, film Türkiyədə 298 kinoteatrda nümayiş olunacaq. Təbii ki, Azərbaycan kinoteatrlarında da təqdim olunacaqdı. Film nümayişindən sonra “Star TV” ilə müqavilə bağlanıb, 400 min lirəyə satılacaqdı. Üçüncü məsələ isə Azərbaycan və Türk aktyorları oynamalı idi. Çəkilişlərin 30%-i Türkiyədə, 70%-i Azərbaycanda olmalı idi. Türkiyədən aktyor Hakan Yılmaz, Gökçe Özyol və Hakan Bilgin, bizdən də mənim təklifim ilə Fərda, İslam və Pərvin rol alacaqdı. Onlarla sonuncu dəfə Bakıda görüşdük, mənimlə birlikdə öz aktyorlarımız da orada iştirak etdi. Bizə bildirdilər ki, film Türkiyə kinoteatrlarında yayımlanmasın. Çünki orada böyük məbləğdə pul tələb olunacaq. Filmi Azərbaycan kinoteatrlarında nümayiş etdirək. Çəkilişlər də iki gün Türkiyədə baş tutsun, görüntü götürək, qalan hər şey Azərbaycanda ekranlaşdırılsın. Biz də, onlar da 120 min lirə qoymalı idik. Onlar dedilər ki, biz 60 mini öz aktyorlarımıza verəcəyik, qalan işləri siz görərsiniz. Onsuz da sizin aktyorlar 1000-2000 manata çəkilir.

Əgər 60 min manat onlar, 60 min biz qoyuruqsa, niyə hər şey Bakıda bizim cibimizdən çıxmalıdır? Kinoteatr və pul məsələsi mənə toxundu və onlara cavab vermədim. Ondan sonra dəfələrlə mənimlə əlaqə saxlayıb müqavilə imzalamağa çağırdılar, onlara yenə cavab vermədim. Aprelin 15-də çəkilişlər başlamalı idi. Aktyorlarımıza dedim ki, mən filmdən uzaqlaşmışam, siz də uzaqlaşın. Çünki əvvəlcə yalan vəd verirlər, sonra aldadıldığını görürsən. Onlar da getməyəcəklərini dedilər. Keçən gün gördüm ki, bizim aktyorlar Türkiyəyə gedib və artıq film hazırlıqları başlayıb. Aktyorlarımız burada filmə çəkiləndə 10-15 min manat qonorar istəyirlər, amma Türkiyəyə gedəndə 1000-2000 manata çəkilirlər.

Fərda ilə Pərvinin çəkildiyi filmlə bağlı qalmaqal -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler