» » “...salam verməsin, nə olsa təpənizdə sındıracam” - Nura

“...salam verməsin, nə olsa təpənizdə sındıracam” - Nura

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“...salam verməsin, nə olsa təpənizdə sındıracam” - Nura
“Camaat lap xarab olub. Haqqımda dəxlisiz, deyiləsi olmayan şeylər danışırlar”.

Xalqinfo” xəbər verir ki,I bu sözləri Nura Suri sosial şəbəkədə yazıb.

Müğənni onun arxasıyla danışanlara müraciət edib:

"Bütün gün ərzində ailəm, özüm və işlərimlə məşğul oluram. Müğənniyəm, tanımadığım 10 min adamla şəklim var, bəlkə də, çox! Rəfiqələrim, dostlarım ən az 20 il müddətində yanımda olan insanlardır. Yeni insanlarla yaxınlıq etməkdən çəkinirəm. Hər adamı yaxınıma buraxmıram. Ailəmlə daxa çox vaxtımı keçirirəm.

Onlara hörmət olaraq artıq-əksik hərəkətlər etmirəm. Heç kəsi qınamıram. Kim necə bacarırsa, elə də yaşayır. Özünüzə hörmət edin. Üzümə gülüb arxamca məni tanıyan insanlara qeybətimi edərək özünüzü yormayın. Sizin acığınıza daha da yaxşı olacam. Baxıb ürəyiniz partlasın. Bundan sonra arxamca danışanlar salam verməsin. Həmin an nə olsa təpənizdə sındıracam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler