» » Məşhurlarımız soyqrımı belə andı -

Məşhurlarımız soyqrımı belə andı - “Sümüklər bir-birinə qarışıb”

Bölmə: Şou
Məşhurlarımız soyqrımı belə andı -
Xəbər verdiyimiz kimi, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür.

“Xalqinfo” xəbər verir ki, bu gün ölkədə matəm olaraq qeyd edilir.

Azərbaycan şou-biznesin tanınmış nümayəndələri də soyqrıma biganə qalmayıblar, yad ediblər.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova sosial şəbəkədə foto paylaşararaq kiçik bir şərh bildirib:

“Bu günü yaddaşlarımıza həkk edək və heç bir zaman unutmayaq”.

Məşhur şoumen və aktyor Murad Dadaşov isə qeyd edib ki, minlərlə insan azərbaycanlı olduğu üçün qətlə yetirilib:

“Düşmən nə qədər çalışsa da, nə qədər qətliamlar törətsə də Azərbaycan xalqının milli iradəsini məhv edə bilmədi. 99 il əvvəl minlərlə insan sadəcə Azərbaycanlı olduğu üçün qətlə yetirildi. Allahdan rəhmət diləyirik”.

Günay İbrahimli Quba məzarlığından foto paylaşıb, rəy bildirib:

“Bir bu fotoya baxın. Necə dəhşətlidir? Sümüklər bir-birinə qarışıb. Görəsən ruhları necə? Rahatdırmı? Bu vandalizmdir, vəhşilikdir. O sümüklər sızıldayır. Belə zülm və zalımlıq olar? Belə baxıb keçirik, ancaq dərinliyi ilə düşünsək görərik ki, faciəvi bir qırğındır. Düzdü, gəncəm. Amma bu yaşıma kimi bir şeyin fərqinə varmışam: Ədalət gec-tez öz yerini tapacaq”.

Aygün Kazımova, Nadir Qafarzadə, Samira Allahverdi, Fatimə Fətəliyeva, Rəqsanə İsmayılova, İradə İbrahimova, Nazpəri Dostəliyeva, Elnur Məmmədov foto paylaşmaqla yad edib.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler