» » “Azəri aktyor Şahan Gökbakara meydan oxudu” -

“Azəri aktyor Şahan Gökbakara meydan oxudu” - Türkiyə mətbuatı

Bölmə: Şou
“Azəri aktyor Şahan Gökbakara meydan oxudu” -
Fərda Xudaverdiyev, Pərvin Abıyeva və İslam Mehrəliyev Türkiyədə filmə çəkiləcək.

"Xalqinfo” xəbər verir ki, “Yanlış anlama” adlı filmdə türkiyəli aktyorlar da yer alacaq.

Türkiyənin “Vatan” qəzeti layihə barədə məqalə yayımlayıb. Məqalədə Türkiyədə baş tutan mətbuat konfransında baş verən hadisələr qeyd olunub.

Qəzet xəbəri “Azeri oyuncu Şahan Gökbakara meydan okudu” başlığı ilə yayımlayıb.

Bildirilib ki, azərbaycanlı aktyor Fərda əlinə boks əlcəyi geyinərək mətbuat konfransında Şahan Gökbakara səslənib.

“Buradan Şahan abimə səslənmək istiyirəm. Bu işlər güclə olmur. Ekrandan vurmaq asandır. Gəl canlı canlı vur” – deyə Fərda bildirib.

Fərda daha sonra zarafat etdiyini qeyd edib.

Qəzet Fərdanı Azərbaycanın Cem Yılmazı olaraq təqdim edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler