» » "Həyat yoldaşım bunu normal qarşılayır" -

"Həyat yoldaşım bunu normal qarşılayır" - Ədalət Şükürov

Bölmə: Şou
"Həyat yoldaşım bunu normal qarşılayır" -
"Xanım da, kişi də o şəraiti yaratmamalıdır ki, münasibətdə qısqanclıq olsun. Kişi var ləzzət alır ki, xanımı onu qısqanır. Diqqətli olmaq lazımdır".

Xalqinfo.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Ədalət Şükürov "Hər şey daxil" verilişinə açıqlamasında deyib.

Müğənni qısqanclıqdan danışıb. O bildirib ki, xanımı ilə aralarında belə problemlər olmur:

"Mən Sankt-Peterburqda oxuyurdum, gəldim Azərbaycanda nişanlandım qayıtdım. Sonra gəlib toy etdim, xanımımı götürüb getdim ora. Mənim ətrafımda çoxlu qızlar var idi. Qaldığım yataqxanada iki mərtəbədə oğlanlar, 14 mərtəbədə qızlar qalırdı. Xanımım görürdü ki, qızlar bizə gəlir, otururuq, dostuq. İlk vaxtlar dəhşətə gəlirdi ki, bunlar kimdir? Sonra izah etdim ki, qızlarla dostam, sənə görə onları atmayacam ki... Sonra alışdı. İndi də onlar Bakıya gələndə normal qarşılayır. Mən onlarla rəqs də edirəm, görüşürəm də, yoldaşım da bunu normal qarşılayır. Onun qısqanması üçün şərait yaratmamaışam. Gərək qadına qısqanmaq üçün səbəb verməyəsən".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler