» » Pişik Günelin günüsü var -

Pişik Günelin günüsü var - Foto

Bölmə: Şou
Pişik Günelin günüsü var -
Yerli şou-biznesin “Pişik Günel” ləqəbli müğənnisi yenicə doğulan qızı Məryəmxanımdan, onun atasından danışıb.

Tabloid.az xəbər verir ki, “Evdəyik” verilişinin qonağı olan ifaçı analıq hissindən danışıb:

“Bu hissləri sözlərlə ifadə etmək mümkün deyil. Allah bütün subay və övlad arzusunda olan hər kəsə qismət etsin. Analıq tam başqa və fərqli duyğudur, gözəl daddır”.

Hamiləliyin hamıdan gizlədən Günel bunu kimdənsə çəkindiyi üçün etmədiyini deyib:

“Əksinə, heç kimdən çəkinib, qorxmuram. Sadəcə, hamiləlik vaxtı bütün çəkilişlərdən imtina edib, evimdə oturmaq istədim. Qızımı halallıqla dünyaya gətirmişəm. Qızım hər ikimizin razılığı ilə olan kəbinlə doğulub. Onun istəyi ilə qızımı kameralardan uzaq saxlayıram. Heç kimin şəxsi həyatına qarışmıram. Ailəmin yanında pis iş görməmişəm. Allahdan başqa heç kimdən çəkinmirəm. Ayıb işim yoxdur ki, gizlədim”.

Günel qızının atası ilə bir-birini sevdiklərini də vurğulayıb:

“Aramızda sevgi var idi. Onsuz heç vaxt uşaq xətrinə birlikdə ola bilməzdik. Bütün ailə üzvlərim uşağımın atasını tanıyırdı. Çünki biz onunla üç il idi ki, münasibətdə idik. İlk başdan anam narazı idi. Narazılıq oğlanın evli olmasından dolayı idi. Amma vallah, xoşbəxtlik “ZAQS”la deyil. Əsas odur ki, kəbinimiz var, övladım halallıqla dünyaya gəlib. O, övladının arxasındadır, ata kimi özünü doğruldur. Bunu hamı da görür. Artıq ailəm də ona güvənir. Ona görə də hazırda heç bir narazılıq yoxdur. Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Mənim onun övladının biri ilə ünsiyyətim də var”.
Pişik Günelin günüsü var -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler