- Sami Yusif "Ermənilərə dəstək verməmişəm"

Bölmə: Şou
 - Sami Yusif
Bu gün müğənni Sami Yusif jurnalistləri ətrafına toplayaraq mətbuat konfransı keçirib.

Xalqinfo.az bildirir ki, konfransda Sami maraqlı mövzuya toxunub. Belə ki, bir müddət əvvəl Sami Yusifin ermənilərə dəstək olduğu haqda xəbər çıxmışdı. O, bütün bunların əsassız olduğunu qeyd edib:

"Mən Ermənistana dəstək verməmişəm. Bütün bunlar yalan söhbətdir. Sadəcə olaraq, Şəfəq qəzetinin bir jurnalisti məndən müsahibə alıb. Müsahibə bitdikdən sonra isə liftlə qalxdıqda, məndən Azərbaycan təmsilçisinin Avroviziyadakı çıxışını bəyənib-bəyənməməyimi soruşdu. Mən dedim, yox, bəyənmədim, çünki orada Azərbaycan mədəniyyətini əks etdirən heç nə yox idi.Ermənilərin ifa etdiyi mahnıda əfsus ki daha çox mədəniyyətləri əks olunurdu.

Mən bunu demişəm, jurnalist manşetdəəxəbər yayıb ki, Sami Yusif ermənilərə dəstək verdi".

Müğənni həmçinin heç bir millətə nifrət etmədiyini, insanları sevdiyini vurğulayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler