» » “Vicdan haqqı”nın Minayəsinin beyninə qan sızdı

“Vicdan haqqı”nın Minayəsinin beyninə qan sızdı

Bölmə: Şou
“Vicdan haqqı”nın Minayəsinin beyninə qan sızdı
“Vicdan haqqı” serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova xəstəxanaya yerləşdirilib.

Xalqinfo” xəbər verir ki, aktrisa serial çəklişindən sonra halı pisləşib, Mərkəzi Kliniki Xəstəxanaya aparılıb.

Nəsirova reanimasiyaya yerləşdirildikdən sonra palataya köçürülüb.

Məsələ ilə bağlı xəstəxandn bildirilib ki, onlar bu barədə açıqlama vermək istəmirlər.

***

Əməkdar artist mövzu ilə bağlı yeniçağ-a açıqlama verib:

“Dünən səhər yuxudan duranda gördüm ki, hər şey gözümün qabağında uçur. Qışqırdım, səsimə qızım gəldi. Necə qorxdusa, tez qonşuda yaşayan həkimi çağırdı. Həkim mənə baxan kimi dedi ki, təcili yardım maşını çağırın, vəziyyəti pisdir. Qızım deyir gözlərin bərəlmişdi, özümdə deyildim. Ağır vəziyyətdə məni reanimasiyaya yerləşdirdilər.

Təzyiqimi sala bilmirdilər. Heç vaxt məndə “şəkər” xəstəliyi olmamışdı, həmin gün yoxladılar ki, “şəkərim” də yüksəkdir. Hazırda iki saatdanbir mənə iynə vururlar, bilmirəm aqibətim necə olacaq. “Vicdan haqqı” serialının çəkilişləri zamanı çox yoruldum. Əsəblərim getdi. Hər şey üst-üstə yığıldı və məni xəstəxanalıq etdi”.

“Vicdan haqqı”nın Minayəsinin beyninə qan sızdı
“Vicdan haqqı”nın Minayəsinin beyninə qan sızdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler