» » Kamil Zeynallı üzr istəyəcək - Məhkəmə qərarı

Kamil Zeynallı üzr istəyəcək - Məhkəmə qərarı

Bölmə: Şou, MANŞET
Kamil Zeynallı üzr istəyəcək - Məhkəmə qərarı
İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın məhkəmə çəkişməsi başa çatıb.

Xalqinfo” xəbər verir ki, bu barədə K. Zeynallının özü sosial şəbəkədə məlumat verib.

İdmançı bildirib ki, məhkəmə onun lehinə qərar çıxarıb:

“Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı. Kamil Zeynallı heç bir təzminat ödəməyəcək ( 50 min AZN).

Qarşı tərəf məndən, mən də qarşı tərəfdən üzr istəyəcəm. Özlərini söydürüb pul alanlar... 50 min, yox bir 50 qəpik!”

Qeyd edək ki, jurnalist Əfruzə Ağayeva onu instaqramda təhqir edən Kamili məhkəməyə vermiş, 50 min manat təzminat tələb etmişdi.

***

Jurnalist Ə. Ağayeva açıqlama verərək məhkəmə qərarı ilə tam razı olmadığını söyləyib:

“Demişdim axı Kamil Zeynallı sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm yenidən appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim K. Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib.

Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər ? Yalan yazı yazanda. Amma Şəbnəm xanım etiraf edib və səs yazısı da var ki, deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin ”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler