» » Azərbaycan 3-cüdür -

Azərbaycan 3-cüdür - Yarım milyona yaxın baxış...

Bölmə: Şou
Azərbaycan 3-cüdür -
Artıq 4 gündür ki, “Eurovision” mahnımız təqdim olunub. Azərbaycan 9 il sonra yerli bəstəkara müraciət edib.

Xalqinfo” xəbər verir ki, Diana Hacıyeva Avropa səhnəsində müəllifi İsa Məlikova aid “Skeletons” əsərini səsləndirəcək.

Mahnı və klip “Eurovision”un rəsmi “Youtube” səhifəsində paylaşılıb.

Azərbaycanla birgə Makedoniya, Malta, İrlandiya, Montoneqro, Xorvatiya öz mahnılarını təqdim edib.

Təqdim olunanlar sırasında 1-ci yeri Makedoniya təmsilçisi Jana Burceskanın ifa etdiyi “Dance Alone” mahnısıdır. Musiqi parçasını 4 günə 704 mindən çox insan dinləyib, 13 min insan bəyənib.



İkinci sırada Monteneqro nümayəndəsi Slavko Kaleziç tutur. Onun oxuduğu “Space” mahnısını 444 min şəxs dinləyib.



Üçüncü sırada isə Azərbaycan təmsilçisi Diana Hacıyeva var. Həmyerlimizin ifa etdiyi “Skeletons” əsərini 403 min insan dinləyib, 9 min insan bəyənib.



Bu günə kimi təqdim olunan mahnılar siyahısında isə ən çox İtaliya təmsilçisi Francesco Gabbaninin “Occidentali's Karma” mahnısı dinlənilib.

1 ay əvvəl təqdim olunan mahnını 4 milyondan çox insan dinləyib, 55 min insan bəyənib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler